Saytımızı qiymətləndirin


 
 

KİV: Almaniya Rusiyaya məxsus aktivlərin Ukraynaya dəstək üçün istifadəsinə razılaşıb
Tarix: 17-09-2025 | Saat: 15:08
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: Almaniya Rusiyaya məxsus aktivlərin Ukraynaya dəstək üçün istifadəsinə razılaşıb

Avropa Ukraynaya dəymiş ziyanın kompensasiyası yollarını axtardığı bir vaxtda Almaniya ehtiyatlı mövqeyindən geri çəkilərək dondurulmuş Rusiya aktivlərinin istifadəsini dəstəkləməyə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat verib.

Verilən məlumata görə, Avropada dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə edilməsinin genişləndirilməsi istiqamətində fəallıq artır. Bu təşəbbüs, ABŞ Prezidenti Donald Trampın yeni təzyiqləri və Almaniyanın mövqeyindəki dəyişikliklərdən sonra aktuallaşıb.
G7 ölkələri və Avropa hökumətləri Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərindən Kiyevin müdafiəsinə dəstək üçün istifadə imkanlarını araşdırırlar. Qeyd edilir ki, təxminən 300 milyard ABŞ dolları həcmində dondurulmuş Rusiya aktivlərinin böyük hissəsi Avropada yerləşir.

Əvvəllər Avropanın maliyyə mərkəzini qorumaq və dövlətlərin toxunulmazlığı prinsipini əsas tutaraq ehtiyatlı davranan Almaniya, indi bu vəsaitlərin maksimum istifadəsini dəstəkləyən aktiv tərəfdara çevrilib.

Mənbələrin bildirdiyinə görə, Berlinin mövqeyində bu dəyişiklik ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsi ehtimalı fonunda, kömək yükünün Almaniyanın üzərinə düşəcəyi qorxusu ilə bağlıdır. Bu isə ölkədə sağçı radikal qüvvələrin mövqeyini gücləndirə bilər.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər