Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda hasilat öhdəliklərinin icrası müzakirə edilib
Tarix: 14-04-2020 | Saat: 15:00
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Neft bazarının tənzimlənməsi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məsələ ölkədə neft istehsalı ilə məşğul olan şirkətlərlə müzakirə edilib.

Qarabaginfo.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft bazarında balansın təmin edilməsi ilə bağlı tədbirlərə şirkətlər tərəfindən də dəstək ifadə olunub.

Azərbaycanın öhdəlikləri gündəlik xam neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən azaldılan faiz göstəricilərinə uyğun olaraq və neft istehsalçılarının hasilat həcmləri nəzərə alınaraq bölüşdürüləcək.

Qeyd edək ki, bu dəfə OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxil edilir və bu öhdəliklərdə kondensat həcmləri nəzərə alınmır. 2018-ci ilin oktyabr ayında isə Azərbaycanın gündəlik xam neft hasilatı 718 min barel olub. Azərbaycanın öhdəlikləri may-iyun aylarında gündəlik xam neft hasilatının bu göstəricidən 23% olmaqla 164 min barel, iyul-dekabr aylarında 18% olmaqla 131 min barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 14% olmaqla 98 min barel həcmində azaldılmasını nəzərdə tutur. 

Öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barel, iyul-dekabr aylarında 587 min barel, 2021-2022-ci ilin aprelində 620 min barel həcmində saxlamalıdır. "Report"



Xəbəri paylaş

443 dəfə oxunub.

Digər xəbərlər