Saytımızı qiymətləndirin


 
 

Sabiq deputat Söyüdlü hadisələrinə görə TUTULDU
Tarix: 05-07-2023 | Saat: 11:24
Bölmə:Karusel / Kriminal | çapa göndər

Sabiq deputat Söyüdlü hadisələrinə görə TUTULDU

 

Keçmiş deputat Nazim Bəydəmirli polis tərəfindən saxlanılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə vəkil Aqil Layic sosial şəbəkə hesabında məlumat verib.

 

O, keçmiş deputatın Gədəbəy hadisələrinə görə saxlanıldığını bildirib.

 

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.

 

İyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

 

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşüb. Görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub, komissiya üzvləri sakinlərin fikirlərini dinləyib.(modern.az)



Xəbəri paylaş

1186 dəfə oxunub.

Digər xəbərlər