Sankt-Peterburqda banan yüklü gəmidə 20 milyard rubl dəyərində kokain aşkarlanıb
Tarix: 19-09-2025 | Saat: 14:01
Bölmə:Karusel / Dünya | çapa göndər
146 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-09-2025 | Saat: 14:01
Bölmə:Karusel / Dünya | çapa göndər
Sankt-Peterburq limanında Ekvadordan gəlmiş banan yüklü gəmidə 1,5 tondan çox çəkidə kokain aşkar edilərək müsadirə olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, xarici tərəfdaşlardan daxil olan məlumat əsasında “Cool Emerald” adlı gəmidəki konteyner yoxlanılıb. Nəticədə, konteynerdə 1500 ədəd briketdə qablaşdırılmış, xalis çəki 1515 kiloqram olan kokain aşkarlanıb.
FTX bildirir ki, müsadirə edilən narkotik vasitələrin qara bazardakı dəyəri 20 milyard rubldan çoxdur.
Hazırda narkotiklərin dövriyyəsində iştirak edən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
23-03-2018, 13:10
Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb
9-12-2022, 15:41
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı
1-02-2024, 15:06
İlham Əliyev AŞPA-ya XƏBƏRDARLIQ ETDİ
18-06-2022, 10:50
Balakəndə narkotik vasitələrlə əlaqəli 7 nəfər saxlanıldı
17-01-2022, 07:28
Alimlər: "Omikron"dan sonra yeni ştamların yaranması qaçılmazdır
7-01-2021, 13:07
Azərbaycanda COVID-lə mübarizəyə 644 milyon manat sərf olunub
27-01-2022, 10:26
Prezident və birinci xanım Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər
16-04-2022, 04:11
Tunis sahillərində içərisində Azərbaycan vətəndaşları olan gəmi batıb
7-10-2020, 14:08
Azərbaycan nefti bahalaşmaqdadır


















