Ana Sayfa > Karusel / Dünya > Sankt-Peterburqda banan yüklü gəmidə 20 milyard rubl dəyərində kokain aşkarlanıb
Sankt-Peterburqda banan yüklü gəmidə 20 milyard rubl dəyərində kokain aşkarlanıbBu gün, 14:01. Yazar: Admin |
Sankt-Peterburq limanında Ekvadordan gəlmiş banan yüklü gəmidə 1,5 tondan çox çəkidə kokain aşkar edilərək müsadirə olunub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Məlumata görə, xarici tərəfdaşlardan daxil olan məlumat əsasında “Cool Emerald” adlı gəmidəki konteyner yoxlanılıb. Nəticədə, konteynerdə 1500 ədəd briketdə qablaşdırılmış, xalis çəki 1515 kiloqram olan kokain aşkarlanıb. FTX bildirir ki, müsadirə edilən narkotik vasitələrin qara bazardakı dəyəri 20 milyard rubldan çoxdur. Hazırda narkotiklərin dövriyyəsində iştirak edən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir. Geri dön |