Saytımızı qiymətləndirin


 
 

"Lazım oldu-olmadı ölkə xaricindən idmançılar gətirilir"
Tarix: 09-09-2021 | Saat: 07:56
Bölmə:Karusel / İdman | çapa göndər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlət başçısı yeni naziri videoformatda qəbul edərkən tapşırıqlarını verdi, “İdman sahəsindəki nöqsanlar ciddi araşdırılmalıdır” dedi. Milli idmanımızı, xüsusən də futbolumuzu inkişaf etdirmək üçün kadr dəyişikliyi kifayətdirmi? Bu istiqamətdə hansı addımlar atılmalıdır? 
Qarabaginfo.az xəbər verir ki, şərhçi və idman jurnalisti Elnur Məmmədli mövzu ilə bağlı Moderator.az-a açıqlamasında  rəhbər dəyişiklikləri baş verdiyi halda idman sahəsində həmin an nəticələrin yaxşılığa doğru dəyişəcəyini düşünmədiyini bildirdi: 


“Əlbəttə ki, dünən Prezident, Ali Baş Komandan yeni təyin olunmuş naziri onlayn formada qəbul edərkən Olimpiya Oyunlarından sonra idmanın zəifləməsi fonunda dəyişikliyin baş verməsinin labüdlüyünü bildirdi. Qeyd etdi ki, Olimpiya Oyununda təcrübəli, veteran idmançılar mükafatçılar sırasına düşdülər. Təəssüf ki, həmin oyunlarda gənc, yeni isimlər görə bilmədik. Bu da onu göstərir ki, yeni nəsil idmançıların uğur qazanmasında ciddi problemlər var.  Bütün bunlar aradan qaldırılmalıdır.


Maddi-texniki baza baxımdan idmanımızda heç bir problem yoxdur. Respublikanın hər yerində, bölgələrimizdə, olimpiya kompleskləri, idman zalları var. Sadəcə olaraq, onların daha da səmərəli işləməsi tələb olunur”.


E.Məmmədli milliləşmiş idmançılar məsələsinə yenidən baxılmalısını vacib hesab edir: “İdman növündə lazım oldu-olmadı ölkə xaricindən idmançılar gətirilir, onlar milliləşdirilir. Bu da yerli idmançılarımızın, gənclərin kölgədə qalmasına, inkişaf etməsinə mane olur. Xaricdən gətirilən idmançılar uğur qazandıqdan sonra çıxıb gedirlər, artıq onları Azərbaycana heç nə bağlamır”.


“Futbolumuzu inkişaf etdirmək  üçün kadr dəyişikliyi kifayətdirmi” sualına gəldikdə isə ekspert bildirdi ki, artıq əvvəlki qaydada işləmək nəticə vermir: “Dünən prezident də çıxışında federasiyaların, idman klublarının işlərinə yenidən baxılmalı olduğunu və bu istiqamətdə müəyyən islahatların aparılmasının vacibliyindən danışdı. Son Olimpiya Oyunlarından da gördüyümüz kimi, qazandığımız medalların sayının azalması buna dəlalət edir. Federasiyalar otrub yenidən düşünməli, yeni inkişaf strategiyası hazırlamalıdır.  


Futbol digər idman növlərindən fərqlidir. Buraya bir-iki  milliləşdirilmiş idmançını cəlb etməklə iş həll olunmur. Düşünmürəm ki, rəhbər dəyişikliklər baş versə, o dəqiqə nəticələr yaxşılacaq. Futbolda yenidən dövlət proqramının qəbul olunmasına ehtiyac var. Xüsusən də bölgələrdə futbol klununun təşkili yönündə icra başçıları və imkanlı şəxlər müəyyən addımlar atmalıdır. Düşünmürəm ki, kimisə vəzifədən kənarlaşdırmaqla inkişafa nail olmaq olar. Bu daha ciddi məsələdir və bu yöndə müəyyən qlobal işlər görülməlidir”.



Xəbəri paylaş

1339 dəfə oxunub.

Digər xəbərlər