Saytımızı qiymətləndirin


 
 

Düşmən ötən gün Tərtərə 400-ə yaxın mərmi atıb, 8 ev tamamilə dağılıb
Tarix: 06-10-2020 | Saat: 10:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Düşmən ötən gün Tərtərə 400-ə yaxın mərmi atıb, 8 ev tamamilə dağılıb

Sentyabrın 27-dən oktyabrın 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"uncəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.

Oktyabrın 5-də düşmən Tərtər şəhərinə 400-ə yaxın top mərmisi atıb, nəticədə 8 ev tamamilə dağılıb, 48 evə isə ziyan dəyib.

Döyüşlərin başladığı gündən indiyədək Tərtərdə ümumilikdə 17 sosial obyektə və 298 evə ziyan dəyib, 68 ev isə tamamilə dağılıb. Rayonun 8 mülki sakini həlak olub, 33 nəfər isə yaralanıb.

Qeyd edək ki, düşmən oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi atıb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir. 



Xəbəri paylaş

348 dəfə oxunub.

Digər xəbərlər