Saytımızı qiymətləndirin


 
 

“100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edirik”- DTX rəisi
Tarix: 28-03-2024 | Saat: 10:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qarşıya qoyulan vəzifələrin lazımi səviyyədə icrası məsələsində xarici tərəfdaşlarla qurulmuş səmərəli və sıx münasibətlər çox böyük önəm kəsb edir.

Bunu DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetdə dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə beynəlxalq terrorçuluğa və onun maliyyələşdirilməsinə, transmilli mütəşəkkil cinayətkarlığa, kəşfiyyat-pozuculuq fəaliyyətinə, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa qarşı mübarizənin aparılması istiqamətində faydalı əməkdaşlıq edir.

“Belə ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası, Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransı, həmçinin, digər beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda işgüzar əlaqələr qurulub”, – deyə Ə.Nağıyev əlavə edib.



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər