Saytımızı qiymətləndirin


 
 

DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
Tarix: 28-02-2024 | Saat: 13:51
Bölmə:Karusel / Sosial | çapa göndər

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

Müraciətdə deyilir: ”Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir. Belə ki, cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb.

Ötən gün Goran qəsəbəsi ərazisində daha bir analoji yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən səhhətində yaranan problemlə əlaqədar olaraq həyatını itirib, avtomobil isə yolun kənarında dayanan digər avtomobilə toqquşub. Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir”.

Baş Dövlət Yol Polisi İdarəsi həmin faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir.



Xəbəri paylaş

1149 dəfə oxunub.

Digər xəbərlər