Saytımızı qiymətləndirin


 
 

Boçorişvili: Azərbaycan-Ermənistan sülh sazişi Trampın gündəliyində əsas yer tutur
Tarix: 19-02-2026 | Saat: 08:49
Bölmə:Karusel / Region | çapa göndər

Boçorişvili: Azərbaycan-Ermənistan sülh sazişi Trampın gündəliyində əsas yer tutur

"Azərbaycanla Ermənistan arasında ötən ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş sülh sazişi ABŞ Prezidenti Donald Trampın gündəliyində əsas yer tutur".

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib.

Nazir qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfərləri bu sazişin bir növ davamı olub.

"Vensin uzun müddətdir davam edən münaqişəyə son qoyan iki Cənubi Qafqaz ölkəsinə səfəri bunun nümayişi oldu", - Boçorişvili əlavə edib.

Qeyd edək ki, Ceyms Devid Vens 9-11 fevral tarixlərində rəsmi səfərlə Ermənistan və Azərbaycanda olub. Bəzi gürcü politoloqların fikrincə, Vensin Gürcüstana səfər etməməsi ölkənin Qərbdən üz döndərməsi ilə əlaqəlidir.



Xəbəri paylaş

68 dəfə oxunub.

Digər xəbərlər