Saytımızı qiymətləndirin


 
 

Ukraynanın Kaxovka su anbarı partladıldı –Əhali təxliyə edilir /VİDEO
Tarix: 06-06-2023 | Saat: 10:11
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynanın Rusiyanın nəzarətinə keçmiş Nova Kaxovka su anbarında partlayış törədilib.

“Reuters“ xəbər verir ki, partlayışdan sonra su bəndin divarlarından ətraf ərazilərə axmağa başlayıb.

Sosial mediada yayılan videolarda bənd ətrafında şiddətli partlayışların baş verdiyi, suyun bəndin divarları arasından ətrafa axdığı görülür. 30 metr hündürlüyündə və 3,2 kilometr uzunluğundakı bənd Kaxovka su elektrik stansiyasının bir hissəsi kimi 1956-cı ildə Dnepr çayı üzərində yaradılıb.

Su anbarı eyni zamanda Krım yarımadasını və Zaporoje AES-i su ilə təmin edir.

Rusiyanın Zaporojeyə təyin etdiyi şəxslər su anbarının dağıdılmasının AES üçün təhlükə törətmədiyini bildiriblər.

Hadisəyə görə tərəflər bir-birilərini ittiham edirlər.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Cənub komandanlığı Rusiya hərbçilərinin bəndi partlatdığını bildiriblər: “Dağıntının miqyası, suyun sürəti və həcmi, daşqın ehtimal olunan ərazilər müəyyənləşdirilir”, – USQ-nin məlumatında bildirilib.

Rusiyanın dövlət xəbər agentlikləri isə bəndin artilleriya atəşi ilə zədələndiyini bildiriblər. Rusiyanın bölgəyə təyin etdiyi rəsmi hadisənin terror hücumu olduğunu iddia edib.

Xerson regionunun Rusiya tərəfindən təyin edilmiş rəhbəri su anbarının yaxınlığında təxliyə işlərinə başlandığını və suyun səviyyəsinin 5 saat ərzində maksimum həddə çata biləcəyini qeyd edib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov Tvitterdə Prezident Vladimir Zelenksinin Nova Kaxovka su anbarının partladılması ilə əlaqədar təcili iclas keçirəcəyini bildirib.
Bəndin partladılmasının Ukraynanın çoxdan planlaşdırılan əks-hücumuna necə təsir edəcəyi hələ ki aydın deyil.

 



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər