Saytımızı qiymətləndirin


 
 

Şimali Koreyanın XİN başçısı Rusiyaya səfər edib
Tarix: 29-10-2024 | Saat: 11:56
Bölmə:Karusel / Region | çapa göndər

Şimali Koreyanın XİN başçısı Rusiyaya səfər edib

Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi Rusiyaya səfər edib.

Qarabaginfo.az xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) XİN başçısı Moskvaya rəsmi səfərə yola düşmək üçün Vladivostoka gəlib.

Oktyabrın 30-da onun Moskvaya rəsmi səfər edəcəyi, Rusiya rəsmiləri ilə görüşlər keçirəcəyi bildirilib.

Qeyd edək ki, oktyabrın 24-də Rusiya Dövlət Duması Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edib.

Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tərəflərdən birinə hücum zamanı hərbi və digər yardımları nəzərdə tutur.

Qərb mətbuatı KXDR-in Rusiyaya qoşun göndərdiyi və həmin qoşunların Kursk vilayətində yerləşdirildiyi barədə məlumatlar yayıb.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər
8-06-2021, 22:44 16 ölkədə əməliyyat