Saytımızı qiymətləndirin


 
 

Lavrovdan ABŞ-ın cavabına sərt reaksiya: Müsbət heç nə yoxdu
Tarix: 27-01-2022 | Saat: 14:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ təhlükəsizlik zəmanətləri barədə NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı cavab verməyib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

"Bu sənəddə əsas məsələyə müsbət reaksiya yoxdur. Əsas məsələ NATO-nun şərqdə daha da genişlənməsinin və Rusiya Federasiyasının ərazisini təhdid edə biləcək zərbə silahlarının yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı aydın mövqeyimizdir", - Lavrov jurnalistlərə bildirib.

 

Qeyd edək ki, ABŞ və NATO bir gün əvvəl Rusiyanın təhlükəsizlik zəmanəti təkliflərinə cavab verib. ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatlarına əsasən, Vaşinqtonun sənədi ABŞ-ın Rusiyanın təhlükəsizlik tədbirləri ilə bağlı narahatlığını və ölkələrin ümumi dil tapa biləcəyi sahələrə dair təkliflərini əks etdirir.



Xəbəri paylaş

219 dəfə oxunub.

Digər xəbərlər