“Kəlbəcəri heç də kəlbəcərlilərdən az tanımıram...”-Sabiq Baş prokuror
Tarix: 20-05-2021 | Saat: 13:08
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1405 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-05-2021 | Saat: 13:08
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“İstisu yaxınlığında, Ayıçınqılı dağındakı yaylaqlardan birində dünyaya göz açmışam...”
*** ***
“Deyərdim ki, Kəlbəcər dünyanın “ən gözəl yerlərindən biri” yox, birincisidir...”
“Sovet dövründə ailəmiz kolxoz-sovxoz təsərrrüfatlarındakı fəaliyyəti ilə bağlı hər yay Kəlbəcərin, Laçının yaylaqlarında olurdu. Belə gözəl günlərdən birində, gözəl Kəlbəcərin İstisuyu yaxınlığında, Ayıçınqılı dağındakı yaylaqlardan birində dünyaya göz açmışam...”
Qarabaginfo.az xəbər verir ki bunu Moderator.az-a açıqlamasında Azərbaycan Respublikasının sabiq Baş prokuroru İxtiyar Şirinov işğaldan azad torpaqları necə tanıması haqda danışarkən söyləyib.
“Kəlbəcərin “Ceyran bulağı”, “Xan bulağı”, “Gəlin qayası” deyilən əsrarəngiz təbiət məkanlarının, eləcə də Dəlidağdan tutmuş Laçın dağlarındakı digər yaylaqların da havasını udmuşam, suyunu içmişəm... Və Kəlbəcəri heç də kəlbəcərlilərdən az tanımıram... Deyərdim ki, Kəlbəcər dünyanın “ən gözəl yerlərindən biri” yox, ən gözəl yeridir, birincisidir. Kəlbəcər, Şuşa, Laçın dünyanın ən gözəl yerləridir... Vətənimiz Azərbaycanın hər yeri gözəldir...
Demək olar ki, uşaqlığım, ilk gəncliyimin xeyli hissəsi Kəlbəcər, Laçın dağlarında keçib. Orta məktəbi bitirənədək hər il o cənnət dağlarımızdakı yaylaqlara yollanmışam. Və sonradan arada bir gəzməyə getmişəm. Sonuncu dəfə isə 1991-ci ilin yayında olmuşam o yerlərdə...” – deyə İxtiyar Şirinov söhbətinin davamında bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
31-08-2024, 07:50
İmaməddin çempion! - Fotolar
5-04-2022, 21:14
Ermənistanda aksiya keçirilib
28-05-2024, 21:10
Ukrayna Ali Radasının vitse-spikeri: "Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk"
3-02-2022, 19:26
Zelenski vasitəçilik təşəbbüsünə görə Ərdoğana təşəkkür edib
9-07-2024, 11:21
“Gürcüstanın Aİ-yə qoşulması prosesi dayandırılıb”
14-03-2023, 14:34
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
12-09-2021, 12:30
Çində koronavirusun yeni yayılma ocağı aşkarlanıb
22-12-2021, 22:18
Sahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş olub
2-03-2022, 23:29
Murad Musayevi "Sabah"ı sabiq klubuna dəyişir






" style="width: 670px; height: 340px;">









