Ana Sayfa > Karusel / Cəmiyyət > “Kəlbəcəri heç də kəlbəcərlilərdən az tanımıram...”-Sabiq Baş prokuror

“Kəlbəcəri heç də kəlbəcərlilərdən az tanımıram...”-Sabiq Baş prokuror


20-05-2021, 13:08. Yazar: Admin
“Kəlbəcəri heç də kəlbəcərlilərdən az tanımıram...”-Sabiq Baş prokuror
“İstisu yaxınlığında, Ayıçınqılı dağındakı  yaylaqlardan birində dünyaya   göz açmışam...”
*** ***
“Deyərdim ki, Kəlbəcər dünyanın “ən gözəl yerlərindən biri” yox,  birincisidir...”
 
“Sovet dövründə ailəmiz kolxoz-sovxoz təsərrrüfatlarındakı fəaliyyəti ilə bağlı hər yay Kəlbəcərin, Laçının yaylaqlarında  olurdu. Belə gözəl günlərdən birində, gözəl Kəlbəcərin İstisuyu yaxınlığında, Ayıçınqılı dağındakı  yaylaqlardan birində dünyaya   göz açmışam...” 
 
Qarabaginfo.az xəbər verir ki bunu Moderator.az-a açıqlamasında Azərbaycan Respublikasının sabiq Baş prokuroru İxtiyar Şirinov işğaldan azad torpaqları necə tanıması haqda danışarkən söyləyib.
 
“Kəlbəcərin “Ceyran bulağı”, “Xan bulağı”, “Gəlin qayası” deyilən əsrarəngiz təbiət məkanlarının, eləcə də Dəlidağdan tutmuş Laçın dağlarındakı digər yaylaqların da havasını udmuşam, suyunu içmişəm... Və Kəlbəcəri heç də kəlbəcərlilərdən az tanımıram... Deyərdim ki, Kəlbəcər dünyanın “ən gözəl yerlərindən biri” yox,  ən gözəl yeridir, birincisidir. Kəlbəcər, Şuşa, Laçın dünyanın ən gözəl yerləridir... Vətənimiz Azərbaycanın hər yeri gözəldir... 
 
Demək olar ki, uşaqlığım, ilk gəncliyimin xeyli hissəsi Kəlbəcər, Laçın dağlarında keçib. Orta  məktəbi bitirənədək hər il o cənnət dağlarımızdakı yaylaqlara yollanmışam. Və sonradan arada bir gəzməyə getmişəm. Sonuncu dəfə isə 1991-ci ilin yayında olmuşam o yerlərdə...” – deyə İxtiyar Şirinov söhbətinin davamında bildirib.

Geri dön