Saytımızı qiymətləndirin


 
 

Heydər Əliyev Sarayının yeni direktoru KİMDİR...
Tarix: 25-11-2023 | Saat: 11:28
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Heydər Əliyev Sarayının yeni direktoru KİMDİR...

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.

 

Mədəniyyət Nazirliyindən Qarabaqinfo.az-a verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

 

İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

.

 

1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.

 

İ.Qasımov 1999–2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

 

1301296

 


Xəbəri paylaş

1405 dəfə oxunub.

Digər xəbərlər