Əvvəlcədən məlumat verildiyi kimi, yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması – təxliyə xidmətinə başlanılacaq.
Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib.

Qarabaginfo xəbər verir ki, agentlikdən BAKU.WS-ə verilən məlumata görə, bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.

Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər

S/s Küçə/prospekt Ərazi
  M.Hadi küç. Əhmədli m/st. ətrafı
  Qara Qarayev pr. 8-ci km bazarının qarşısı
  Qara Qarayev pr. Neftçilər m/st. - Dakar meydanının ətrafı
  B.Çobanzadə küç. Şadlıq saraylarının qarşısı
  Bakı Dairəvi yolu – Zaqulba şos. Bilgəh kordioloji sanatoriyasının qarşısı
  Şəhər şossesi(Sabunçu-Zabrat yolu) Yerüstü piyada keçidinin yanı
  Sakit Qocayev küçəsi Bakıxanov T\M-nin ətrafı
  Heydər Əliyev pr. Qala yoluna dönən hissə (Rahat marketin qarşısı)
  Əli İsazadə küç. (Binə qəs.) Mərkəz
  Heydər Əliyev pr. Koroğlu m/st. ətrafı
  Xocalı pr. Xətai m/st.qarşısı
  Nobel pr. ASAN Xidmətin qarşısı
  Afiyəddin Cəlilov küç. “Megafun”ın qarşısı
  Neftçilər prospekti Prospekt boyu
  28 May küç. 23 nömrəli məktəbin qarşısı
  Dilarə Əliyeva küç. ADNSU-nin yanı
  Xəqani küç. Küçə boyu
  Nizami küç. Küçə boyu
  K.Kazımzadə küç. Zooparkın qarşısı
  F.X.Xoyski pr. Gənclik Mall-un qarşısı
  Ağa Nemətulla küç. Nərimanov Rayon Məhkəməsinin qarşısı
  Təbriz küç. Metropark T\M. və Nərimanov metro stansiyasının qarşısı
  M.K.Atatürk pr. Ayna Sultanova heykəlinin yanı
  Ak.H.Əliyev küç. Asan xidmətin qarşısı
  Moskva pr., Müzəffər Həsənov küç., Rövşən Cəfərov küç. 20 Yanvar m/st ətrafı
  Rövşən Cəfərov, Alı Mustafayev, Cavadxan küçələri 3-cü mkr. dairəsinin ətrafı
  Alı Mustafayev küç. 3-cü mkr. bazarının qarşısı
  Cavadxan küç., Hüseynbala Əliyev küç. Memar Əcəmi m/st. ətrafı
  Rəşid İsmayilov küçəsində Biləcəri dairəsi
  Moskva pr. “Şamaxinka” adlanan ərazi
  H.Zərdabi pr. Topçubaşov adına xəstəxananın qarşısı
  A.Salamzadə küç. Yasamal Rayon Polis İdarəsinin yanı
  A.M.Şərifzadə küç. İnşaatçılar m/st. ətrafı və ASAN xidməti
  Əsəd Əhmədov küçəsi Bizim marketin qarşısı
  Hüseyn Cavid pr. Elmlər Akademiyası m/st. ətrafı
  Abdulla Şaiq küç. Statistika dairəsi
  C.Cabbarlı küç. "Caspian Plaza"-nın qarşısı
  Süleyman Rəhimov küçəsi Bakı Slavyan Universiteti
  Süleyman Rüstəm küçəsi Süleyman Rəhimov küçəsi ilə kəsişməsi
  Ş.Bədəlbəyli küç. Azadlıq pr. ilə kəsişmə
  S.S.Axundov küç. Azadlıq m/st. ətrafı
  Əcəmi Naxçıvani küçəsi Küçə boyu