Tarix: 14-08-2023 | Saat: 15:37
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
"Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu) məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırılması barədə qərar qəbul edib.
Bu barədə Qarabaqinfo.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə qəbul olunacaq şəkər çuğundurunun alış qiymətləri ötən illə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə uyğun olaraq 4 manat artırılıb.
Bununla da şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 12 % şəkərliliklə 65 manatdan 69 manata, 13 % şəkərliliklə 68 manatdan 72 manata, 14 % şəkərliliklə 73 manatdan 77 manata, 15% şəkərliliklə 77 manatdan 81 manata və 16% şəkərliliklə 81 manatdan 85 manata qaldırılıb.
Bu il 22 rayonda 4 534,9 hektar şəkər çuğunduru əkilib.
Digər xəbərlər