Saytımızı qiymətləndirin


 
 

Şoyqu Putinə məruzə etdi: Ukrayna “Novoçerkask”ı vurdu
Tarix: 26-12-2023 | Saat: 15:22
Bölmə:Karusel / Dünya | çapa göndər

Şoyqu Putinə məruzə etdi: Ukrayna “Novoçerkask”ı vurdu

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə başçısı Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin işğal altında olan Krımdakı Feodosiya limanına endirdiyi zərbənin nəticələri barədə məlumat verib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bilririb.

 

O, Putinə “Novoçerkask” desant gəmisinə dəyən zərər barədə məruzə edib.

 

“Müdafiə naziri Şoyqu Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Feodosiyaya hücumu və böyük desant gəmisi “Novoçerkask”a dəyən ziyan barədə məruzə edib”, - Kreml nümayəndəsi mətbuata danışarkən deyib. O, təfərrüatları açıqlamayıb.

 

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri çərşənbə axşamı günü Krımda yerləşəmn Feodosiya limanına hava hücumu həyata keçirib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk teleqram kanalında məlumat yayıb. Hücum zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Novoçerkask” desant gəmisinin məhv edildiyi bildirilib. "Və Rusiyadakı donanma getdikcə kiçilir! Hərbi Hava Qüvvələrinin pilotlarına və iştirak edən hər kəsə təşəkkür edirik!", - Oleşçuk yazıb.

 

Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiq edib.

 

"İzvestiya" və REN TV nəşrlərinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Feodosiyaya hücumu zamanı dəmiryol vağzalı zədələnib. 



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər