Saytımızı qiymətləndirin


 
 

Sloveniya hökuməti Fələstini dövlət kimi tanımaq qərarı verib
Tarix: 30-05-2024 | Saat: 17:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sloveniya hökuməti Fələstini dövlət kimi tanımaq qərarı verib

Sloveniya hökuməti Fələstini dövlət kimi tanımaq qərarı verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün Sloveniya hökuməti Fələstinin müstəqilliyi və suverenliyinin tanınması haqqında qərar qəbul edib və bu qərarı Milli Assambleyaya təqdim edib.

Müstəqil Fələstin dövlətin tanınması prosesi digər ölkələrə Sloveniya, Norveç, İspaniya və İrlandiya nümunəsini izləmək üçün güclü siqnal göndərir. Bu, Sloveniyanın Qəzzada atəşkəs, girovların azad edilməsi və Fələstin Administrasiyasının əlavə islahatlar və səlahiyyətlərinin artırılması üçün səyləri ilə üst-üstə düşür.

Fələstinin tanınması Sloveniyanın sülh və təhlükəsizliyin təşviqçisi kimi BMT-dəki rolunu və Yaxın Şərq münaqişəsinin davamlı həllinin yalnız iki dövlətli həll yoluna əsaslanması ilə bağlı ölkəmizin uzunmüddətli mövqeyini təsdiq edir", - XİN bildirib.

Xarici işlər naziri Tanja Fajon isə bunu tarixi qərar adlandırıb: “Sloveniya hökumətinin tarixi addım atmasına şadam. İsraillilər və fələstinlilər öz övladlarını öz dövlətlərində sülh, təhlükəsizlik və rifah içində böyütmək hüququna malikdirlər. Fələstinin tanınması iki ölkə və xalqın sülh şəraitində birgə yaşamasının yeganə yoludur. Həmfikir olan Avropa ölkələrinin sayı getdikcə artır ki, bu da Aİ-nin bu münaqişənin həllində daha fəal rol oynadığının əyani göstəricisidir “, - XİN rəhbəri vurğulayıb.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər