Tarix: 28-03-2022 | Saat: 19:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
2002-2013-cü illərdə Rusiya Bankına rəhbərlik edən, sonra isə tənzimləyici orqanın rəhbərinin müşaviri vəzifəsini tutan Sergey İqnatyev martın 31-də təqaüdə çıxması ilə əlaqədar Mərkəzi Bankdan gedir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bəyanatında deyilir.
“Sergey İqnatyev təqaüdə çıxması ilə əlaqədar 2022-ci il martın 31-də Rusiya Bankını tərk edir”, – Mərkəzi Bankın açıqlamasında deyilir.
Qeyd edək ki, İqnatyev 1992-ci ildə Mərkəzi Banka sədr müavini kimi gəlib, 1993-cü ildə iqtisadiyyat nazirinin müavini vəzifəsinə keçib, daha sonra Rusiya Federasiyası prezidentinin köməkçisi və maliyyə nazirinin birinci müavini vəzifələrində çalışıb. 2002-2013-cü illərdə Rusiya Bankına rəhbərlik edib, 2013-cü ilin mart ayından isə Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə keçib, bankın idarə heyətinin üzvü olub.
Digər xəbərlər