Ana Sayfa > Karusel / Gündəm > İqnatyev Rusiya Mərkəzi Bankından gedir

İqnatyev Rusiya Mərkəzi Bankından gedir


28-03-2022, 19:57. Yazar: Admin

İqnatyev Rusiya Mərkəzi Bankından gedir

2002-2013-cü illərdə Rusiya Bankına rəhbərlik edən, sonra isə tənzimləyici orqanın rəhbərinin müşaviri vəzifəsini tutan Sergey İqnatyev martın 31-də təqaüdə çıxması ilə əlaqədar Mərkəzi Bankdan gedir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bəyanatında deyilir.

“Sergey İqnatyev təqaüdə çıxması ilə əlaqədar 2022-ci il martın 31-də Rusiya Bankını tərk edir”, – Mərkəzi Bankın açıqlamasında deyilir.

Qeyd edək ki, İqnatyev 1992-ci ildə Mərkəzi Banka sədr müavini kimi gəlib, 1993-cü ildə iqtisadiyyat nazirinin müavini vəzifəsinə keçib, daha sonra Rusiya Federasiyası prezidentinin köməkçisi və maliyyə nazirinin birinci müavini vəzifələrində çalışıb. 2002-2013-cü illərdə Rusiya Bankına rəhbərlik edib, 2013-cü ilin mart ayından isə Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə keçib, bankın idarə heyətinin üzvü olub.


Geri dön