Saytımızı qiymətləndirin


 
 

Neftçilər Xəstəxanası jurnalistin atasının ölümü ilə bağlı iddialara münasibət bildirib
Tarix: 24-05-2021 | Saat: 18:26
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Neftçilər Xəstəxanası jurnalistin atasının ölümü ilə bağlı iddialara münasibət bildirib

Mərkəzi Neftçilər Xəstəxanası jurnalist Raminə Eyvazqızının atasının ölümü ilə bağlı iddialara münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, xəstəxananın direktoru Musa Abbasov bildirib ki, Nəzərov Eyvaz İmamverdi oğlu bu ilin aprelin 6-da Kliniki Tibbi Mərkəzdən Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

M.Abbasov qeyd edib ki, xəstəxanaya daxil olarkən xəstənin ümumi vəziyyəti ağır olub: "Onda tənəffüs çatışmazlığı, sepsis müşahidə edilib. SaO2 oksigen insuflyasiyası fonunda 76-79% olub.

Xəstənin tənəffüsü hi-flow O2 cihazı ilə tənzimlənib. Bir neçə saat ərzində xəstə intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. Aprelin 22-də xəstəyə traxeostomiya əməliyyatı edilib. Mayın 4-də xəstədə kəskin böyrək çatışmazlığı səbəbindən ilkin hemodializ seansı aparılıb.

Poliorqan çatışmazlığının yaratdığı trombositopeniya, hipokoaqulasiya, anemiya səbəbindən dəfələrlə transfuziya olunub. Xəstəyə kardioloq, infeksionist, hemotoloq, nefroloq konsultasiyasi aparılıb. Çox təəssüf ki, xəstə mayın 5-də sepsis.poliorqan çatışmazlığı, DDLS diaqnozundan həyatını itirib".

"Bir məsələni də qeyd edim ki, xəstə koronavirusdan sağaldıqdan sonra yaxınlarına tövsiyə olunub ki, müalicəsi koronavirus xəstələrinin olmadığı xəstəxanaların birində aparılsın. Amma yaxınları bununla razılaşmayıb, təkidlə Mərkəzi Neftçilər Xəstəxanasında qalmasını istəyiblər. Eyvaz Nəzərovun qızı Lalə Eyvazqızı həkim olub və o, xəstəxanaya gətirilməzdən öncə evdə qızı tərəfindən müalicə edilib. Xəstəxanaya daxil olduqdan sonra isə qızı Lalə Eyvazqızı həkim olduğu ücün reanimasiyada yanında olmasına istisna hal kimi icazə verilib. Əslində, reanimasiyaya xəstə yaxınlarının daxil olmasına birmənalı şəkildə icazə verilmir. Lakin Eyvaz Nəzərovun qızı Lalə həkimin “Covid-19” xəstələri ilə işləyən həkim olduğu nəzərə alınaraq atasını son üç gün istisna olmaqla, hər gün ziyarət etməyə icazə verilib. Lakin, o, icazə olmadığı halda mobil telefonla çəkiliş etdiyinə və digər xəstələrin hüquqlarını pozduğuna görə reanimasiyadan çıxarılıb və içəri daxil olmasına icazə verilməyib.

Bundan əlavə, onu da qeyd edim ki, xəstənin həyat yoldaşı 1957-ci il təvəllüdlü Nəbiyeva Tamella 08.04.2021 tarixində Mərkəzi Neftçilər Xəstəxanasına qəbul olunub, 20.04.2021 tarixində sağalma ilə evə yazılıb"- deyə direktor əlavə edib.



Xəbəri paylaş

1354 dəfə oxunub.

Digər xəbərlər