Tarix: 12-09-2022 | Saat: 13:46
Bölmə:Karusel / Dünya | çapa göndər
Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə dəvət olunan dünya liderləri bir sıra qaydalara riayət etməli olacaq.
Qarabaginfo.az “Politico” nəşrinə istinadən xəbər verir ki, mərasimə qatılacaq qonaqlar avtomobil və helikopterdən istifadə edə bilməyəcək.
Bildirilir ki, liderlər ölkəyə kommersiya reysləri ilə gəlməli olacaqlar.
Nəşrin məlumatına görə, xarici nümayəndə heyətləri üçün tətbiq ediləcək bu məhdudiyyətlər ziyarətçi sayının çox olması və boş yerlərin azlığı ilə əlaqədardır.
Nəqliyyatla yanaşı, məhdudiyyətlər nümayəndə heyətlərinin tərkibinə də şamil ediləcək. Belə ki, Vestminster abbatlığında kraliçanın dəfn mərasimində yalnızca dünya liderləri və onların həyat yoldaşları iştirak edəcək. Onlar isə mərasim keçirilən məkana xüsusi avtobuslarla çatdırılacaq.
Xatırladaq ki, II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.
Digər xəbərlər