Saytımızı qiymətləndirin


 
 

Tikinti maqnatı: “Bizim binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
Tarix: 07-02-2023 | Saat: 17:49
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Tikinti maqnatı: “Bizim binalar Türkiyədəkindən çox keyfiyyətlidir”

“Şərur” MTK-nın sədri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Türkiyədə yeni tikilən çoxmərtəbəli binaların zəlzələ zamanı çökməsindən sonra Azərbaycandakı binaların da zəlzələyə dayanıqlılığının olmaması barədə səslənən fikirlərə münasibət bildirib.

Qarabaginfo.az Pravda-ya istinadla xəbər verir ki, o, açıqlamasında vətəndaşların narahatlığına heç bir əsas olmadığını deyib:

“Təkcə bizim şirkətə yox, Fövqəladə Hallar Nazirliyi yaranandan sonra Azərbaycanda tikilən bütün tikililərə cavab verə bilərəm. Çünki güclü nəzarət var. Biz Türkiyədə də binalar tikirik. Türkiyədə binaların tikintisində armaturu bizimkindən 70% aşağı edirlər. Onlarda proqram tamamilə fərqlidir. Ona görə də Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir.

Sovet hökuməti vaxtı tikilənlər də, indikilər də həm keyfiyyətli, həm də çox dözümlüdür. Zəlzələ də olsa, heç birinə heç nə olası deyil”.

İ. Axundov Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin “2019-cu ilə qədər aparılan inşaat işlərində bizə müraciət olunurdu, lakin indi müraciət yoxdur” deməsinə də münasibət bildirib:

“Biz Fövqəladə Hallar Nazirliyinə müraciət edirik. Geoloji araşdırmalar aparılır, buna uyğun olaraq bütün işlər yerinə yetirilir”.İ



Xəbəri paylaş

1156 dəfə oxunub.

Digər xəbərlər