Tarix: 22-10-2021 | Saat: 22:12
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Bu barədə Qarabaginfo.az-a onun oğlu Sabir Əkbərov məlumat verib.
Qeyd edək ki, xanəndə iki il əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.
Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.
Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.(Apa)
Digər xəbərlər