Saytımızı qiymətləndirin


 
 

TƏBİB rəhbərliyi qrip əleyhinə peyvənd olundu
Tarix: 26-12-2023 | Saat: 10:27
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

TƏBİB rəhbərliyi qrip əleyhinə peyvənd olundu

TƏBİB-də mövsümi qrip xəstəliyinə qarşı peyvəndlənmə təşkil olunub.

 

Qarabaqinfo.az-a xəbər verir ki, peyvəndlənmə prosesində qurumun rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

 

İlkin olaraq müvafiq müayinələrdən keçirilən və əks göstərişin qeydə alınmadığı əməkdaşlara peyvənd vurulub.

Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir.

 

Mövsümi qrip xəstəliyinə qarşı peyvənd olunma xəstəliklərdən qorunmaq və immun sistemi gücləndirmək üçün tövsiyə olunur. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

 

Peyvəndin tərkibindəki təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya olması böyüklərdə və uşaqlarda istifadəsinə əks göstərişdir.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər