Tarix: 21-02-2022 | Saat: 10:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda su sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Dövlət Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, işə baxılması zamanı “Azərsu” ASC tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün nəzərdə tutulan suölçən cihazların sakinlərlə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən olunub.
Qəbul edilən qərara əsasən, qanunvericiliklə müəyyən edilən qaydada tikintisi başa çatan və daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulan çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçiləri ilə bağlanan fərdi müqavilələr əsasında sayğacların su təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə “Azərsu” ASC-yə göstəriş verilib.
Qərarda həmçinin sözügedən mənzillərin su təchizatı şəbəkəsinə qoşulmasından irəli gələn digər məsələlərin həlli, eləcə də aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin Səhmdar Cəmiyyət tərəfindən təmin edilməsi də əksini tapıb.
Digər xəbərlər