Tarix: 23-11-2023 | Saat: 17:30
Bölmə:Karusel / Region | çapa göndər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin liderləri Minskdə keçirilən sammitin yekunlarına dair sənədlər paketi imzalayıblar.
Qarabaginfo.az xəbər verir ki, KTMT liderləri "Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi", "Kollektiv Təhlükəsizlik Şurasının böhrana reaksiya sisteminin inkişafı üzrə tədbirlər haqqında qərarı", "Birgə mətbuat mərkəzi haqqında əsasnamə", "Birləşmiş Qərargahın rəisi və strukturu haqqında qərar", "Təşkilatın 2024-cü il büdcəsi haqqında" və Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasının sədrliyi və keçirilməsi haqqında sənədləri qəbul ediblər.
Qeyd edək ki, bu gün Belarus paytaxtında KTMT liderlərinin sammiti keçirilib. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan dövlət başçılarının iştirak etdiyi sammitdə təşkilata üzv ölkələrdən Ermənistan tərəfi təmsil olunmayıb. Ermənistan Baş naziri sammitdə iştirakdan imtina edib.
Digər xəbərlər