Saytımızı qiymətləndirin


 
 

Baxmut uğrunda döyüşlər gedir - Ukrayna ordusu irəliləyir
Tarix: 19-05-2023 | Saat: 10:17
Bölmə:Karusel / Region | çapa göndər

Baxmut uğrunda döyüşlər gedir - Ukrayna ordusu irəliləyir

Bu gün səhər saatlarından etibarən Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı səsləndirilib. 

Qarabaginfo.az xəbər verir ki, bəzi bölgələrdə partlayışların baş verməsi barədə məlumatlar yayılıb. 

Xəbərdarlıqlar gecə saat 2-dən başlayıb və təxminən bir saat ərzində ölkənin bütün bölgələrini əhatə edib. 

Lakin daha sonra Kiyevdə, mərkəzi və cənub bölgələrində xəbərdarlıqlar ləğv edilib. İnfrastruktura və ya mülki hədəflərə zərbələr endirilməsi və insan tələfatı ilə bağlı heç bir məlumat yoxdur. 

Hava hücumu xəbərdarlığı Ukraynanın qərbində, şərqdə iki regionda və cənubda səhərə qədər qüvvədə qalıb. 

Kiyevin hərbi administrasiyasının rəhbəri Rusiya qüvvələrinin paytaxta ardıcıl olaraq pilotsuz uçuş aparatları göndərdiyini bildirib. 

"Kremlin bu taktikası bizim zenit qüvvələrimizi sıxışdırıb dinc əhaliyə psixoloji təzyiq göstərmək cəhdidir. Bu, baş tutmayacaq!", - administrasiyanın rəhbəri Sergey Popko "Telegram"da yazıb.

Onun sözlərinə görə, Kiyevə göndərilən bütün hava hədəfləri zenit müdafiə qüvvələri tərəfindən məhv edilib.

Ukraynanın mərkəzində yerləşən Kriviy Roq və qərbdə Rivne və Lutsk da daxil olmaqla bir-birindən çox uzaq məsafədə yerləşən bölgələrdə partlayışlar qeydə alınıb.

Ukrayna ordusu Rusiya təyyarələrinin havada olduğunu və "Kinjal" raketlərindən zərbələr endirmək təhlükəsinin olduğunu bildirib. 

Rusiyanın TASS agentliyi şərqdəki separatçılara istinadən yazıb ki, Ukrayna qüvvələri gecə yarısından sonra Rusiyanın nəzarətində olan Donetsk şəhərinə 8 "Qrad" raketi atıb. Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

Bir ilə yaxındır döyüşlərin getdiyi Baxmut cəbhəsində isə vəziyyət gərgin olaraq qalır. Ukrayna ordusunun sözçüsü Sergey Çerevatı bildirib ki, texnika və şəxsi heyət baxımından üstünlük olmasa da, ukraynalı hərbçilər cinahlarda irəliləməyə davam edərək 150-1700 metr məsafə qət ediblər.

Şəhərə uğrunda döyüşlərdə iştirak edən "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin deyir ki, onun Baxmut daxilindəki qüvvələri hələ də irəliləyir, Ukrayna qoşunlarını şəhərin qərb kənarında son dayaq nöqtəsindən sıxışdırmaq ərəfəsindədir.

“Təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin bölmələri cinahlarımızı ifşa edərək Baxmutun şimalına 570 metr qədər geri çəkildi”, - Priqojin bildirib. 



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər