Saytımızı qiymətləndirin


 
 

Ukraynalı general: "Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"
Tarix: 10-08-2022 | Saat: 10:56
Bölmə:Karusel / Region | çapa göndər

 

Генерал-майор Марченко вернулся в Николаевскую область для работы с партизанами | Украинская правда

“Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı və komanda məntəqəsi məhv edilib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko “RBK-Ukraina”ya müsahibəsində deyib.

“Rusiya qoşunları güclənmək üçün Xerson və Zaporojye vilayətlərində qüvvələri cəmləşdirir. Onlar Ukraynanın əks-hücumlarına hazırlaşırlar. Lakin ərazilərdəki tabor taktiki qruplarının yerləşdirilməsi onlara kömək etməyəcək. Bizim durumumuz pis deyil”, - o bildirib.

Onun sözlərinə görə, hazırda müvəqqəti işğal olunmuş Xerson və Zaporojye vilayətlərinin ərazilərində 25-ə yaxın tabor taktiki qrupu var: “Biz qorxmuruq. Onlarla qarşılaşmağa hazırıq".

Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun silah və texnikanı Xerson vilayətinin şimal-şərq rayonlarına yerləşdirdiyi barədə məlumat verilmişdi.(Report)



Xəbəri paylaş

1210 dəfə oxunub.

Digər xəbərlər
7-02-2022, 18:06 Makron Rusiyaya gəlib


Bu gün, 08:25Quterreş Bakıdadır