Saytımızı qiymətləndirin


 
 

Bu avtobusların hərəkəti MƏHDUDLAŞDIRILIR
Tarix: 19-01-2022 | Saat: 10:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

20 yanvar faciəsinin 32-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

 

Bu barədə Qarabaginfo.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək:

 

"Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək".



Xəbəri paylaş

242 dəfə oxunub.

Digər xəbərlər