“ABŞ hökuməti ərəb-İsrail münaqişəsi zonasında nizamlanma mexanizmlərinə məhəl qoymayıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Vaşinqton Fələstində yaşayan insanların sadəcə maddi ehtiyaclarını ödəməyə köklənib.
“Bu, yaşayış səviyyəsi aşağı olan fələstinlilər üçün vacibdir, lakin siyasi məsələləri həll etmədən kifayət etmir. Bunlardan əsası suveren Fələstin dövlətinin yaradılmasıdır”.