Saytımızı qiymətləndirin


 
 

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Tarix: 02-05-2024 | Saat: 10:31
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.

Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Nazirlər Kabinetindən Qarabaginfo.az-a verilən şərhdə bildirilib ki, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb.

Kəlbəcər şəhərinin sonuncu Baş planı 1969-cu ildə tərtib olunub və hesabat dövrü 2000-ci ilə qədərki müddəti əhatə edib.

Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi əsas götürülüb. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb.

 



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər