Saytımızı qiymətləndirin


 
 

Ermənistan prezidenti Qarabağla bağlı SUSUR
Tarix: 30-09-2023 | Saat: 11:26
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan prezidenti Qarabağla bağlı SUSUR

 

Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyan ölkə mətbuatının tənqid hədəfi olub.

Qarabaginfo.az xəbər verir ki, “Joğovurd” qəzeti bu haqda yazır:

“Sentyabrın 19-dan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan sanki yoxa çıxıb. O, hətta Azərbaycanın Qarabağdakı son hərbi əməliyyatlarından, qurbanlardan, məcburi köçkünlərdən və “Artsax”ın mövcudluğunu dayandırmasından narahat deyil. Hər halda, Prezident Aparatının saytında mövcud olan məlumatlar Xaçaturyanı bu məsələlərdən narahat etmədiyini göstərir”.

“Joğovurd” qəzeti Ermənistan prezidentinin rəsmi saytını araşdırarkən məlum olub ki, onun fəaliyyəti ilə bağlı sonuncu informasiya sentyabrın 21-də ölkənin Müstəqillik gününü təbrik edən zaman yerləşdirilib. Bundan sonra prezident sentyabrın 26-dək susub. Bu gün səfir ona etimadnaməsini təqdim edib, o, Çin səfirliyində olub, dünən isə Çin prezidentini təbrik edib.

“Yəni Qarabağdakı vəziyyət onu narahat etmir. Rəsmi saytda erməni milləti üçün faciəli hadisələrlə bağlı heç bir söz yoxdur”, - “Joğovurd” qəzeti yazıb.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər