Tarix: 14-10-2022 | Saat: 12:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
"2024-cü ilin sonuna qədər bütün şəhid ailələrinin mənzil təminatı həyata keçiriləcək. Prosesin yekunlaşdırılması nəzərdə tutulub".
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O söyləyib ki, demək olar, bütün şəhidlərin adları əbədiləşdirilib:
"Şəhid ailəsi üzvlərinə üçün güzəşt və imtiyazlara gəlincə, qanunvericiliklə 20-ə yaxın imtiyaz nəzərdə tutulub ki, hamısı da həyata keçirilir. Onların bütün təhsil təminatları da dövlət vəsaiti hesabına həyata keçirilir.
Hörmətli həmkarlar, xahiş edirəm, şəhidlərin ailələri və qazilərin problemlərindən danışanda da dövlətin gördüyü işlərə də toxunaq. Vətən müharibəsi ölkəmizin qələbəsi ilə bitib. Bütün dünya təcrübəsində də belədir ki, müharibədən sonrakı 5-10 il dövründə həmin ölkədə postmüharibə sindromu yaşanılır. Ona görə də xahiş edirəm ki, bu məsələlərlə bağlı çıxışlara həssas yanaşaq. Dinləmələrin keçirilməsi təklif edildi, bildirirəm ki, təkliflərinizi fikirlərinizi yazılı şəkildə təqdim edəsiniz”.
Digər xəbərlər