Ana Sayfa > Karusel / Region > Ermənistan prezidenti Qarabağla bağlı SUSUR
Ermənistan prezidenti Qarabağla bağlı SUSUR30-09-2023, 11:26. Yazar: Admin |
Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyan ölkə mətbuatının tənqid hədəfi olub. “Joğovurd” qəzeti Ermənistan prezidentinin rəsmi saytını araşdırarkən məlum olub ki, onun fəaliyyəti ilə bağlı sonuncu informasiya sentyabrın 21-də ölkənin Müstəqillik gününü təbrik edən zaman yerləşdirilib. Bundan sonra prezident sentyabrın 26-dək susub. Bu gün səfir ona etimadnaməsini təqdim edib, o, Çin səfirliyində olub, dünən isə Çin prezidentini təbrik edib. “Yəni Qarabağdakı vəziyyət onu narahat etmir. Rəsmi saytda erməni milləti üçün faciəli hadisələrlə bağlı heç bir söz yoxdur”, - “Joğovurd” qəzeti yazıb. Geri dön |