Saytımızı qiymətləndirin


 
 

Düyünün qiyməti bahalaşacaq - XƏBƏRDARLIQ
Tarix: 15-08-2023 | Saat: 11:18
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Düyünün qiyməti bahalaşacaq - XƏBƏRDARLIQ

 

Dünyanın aparıcı düyü istehsalçısı olan Çində baş verən güclü yağış və daşqınlar səbəbindən qlobal düyü bazarlarında qıtlıq yarana bilər.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə “Fitch Ratings” agentliyinin məlumatında bildirilib.

 

Agentliyin hesabatına əsasən, Çinin taxıl istehsal edən şimal-şərq bölgəsində güclü yağışlar düyünün dünya bazarındakı qiymətlərinə təsir edəcək.

 

Hesabata görə, Çində məhsulun həcmi az olarsa, ölkə düyü idxalını artıra bilər, bu da qlobal düyü qiymətlərinin bahalaşmasına yol açacaq.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının proqnozuna görə, dünyada düyü qiymətləri son 12 ilin ən yüksək səviyyəsinə çatıb.

 

Digər tərəfdən, Hindistanın keçən ay ağ düyü ixracını qadağan etdiyi və Taylandın fermerləri suya qənaət etməklə daha az düyü əkməyə çağırdığı üçün bu məhsulun qiymətlərinin artacağı gözlənilir.



Xəbəri paylaş

1152 dəfə oxunub.

Digər xəbərlər