ABŞ iqtisadiyyatı III rübdə proqnozlaşdırıldığından az böyüyüb
Tarix: 28-10-2021 | Saat: 18:01
Bölmə:Karusel / Sosial | çapa göndər
1345 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-10-2021 | Saat: 18:01
Bölmə:Karusel / Sosial | çapa göndər

Bu ilin III rübündə ABŞ-da istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2% çox olub.
Qarabaginfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bununla belə, ABŞ iqtisadiyyatının böyümə tempi proqnozlaşdırıldığından 0,7 faiz bəndi azdır. Belə ki, III rüblə bağlı proqnoz 2,7% olub.
Proqnozun özünü doğrultmaması koronavirusun delta ştammının sürətlə yayılması, qlobal təchizat zəncirindəki pozulmalar, işçi qıtlığı, həm istehsalı, həm də istehlakı ləngidən qiymət artımları ilə bağlı olub.
Analitiklər ABŞ iqtisadiyyatının artımındakı ləngimənin qısamüddətli olacağını, ölkənin inkişaf tempinin IV rübdə və gələn il daha da sürətlənəcəyini bildirirlər.
Xəbəri paylaş
Digər xəbərlər
28-06-2024, 08:36
Lənkəranda zəlzələ olub
10-04-2026, 12:49
İçərişəhərdə Qala divarının dağılmış hissəsində bərpa işləri aparılacaq
29-10-2020, 11:27
Ermənilərin Azərbaycanın tarixi və mədəni abidələrinə qarşı törətdiyi vandalizm faktları ilə bağlı cinayət işi başlanıb
21-10-2025, 13:43
“Space TV”yə xəbərdarlıq edilib
19-04-2026, 15:27
Rusiya Ukraynanın Çerniqov vilayətinə dronla hücum edib, yeniyetmə ölüb, 4 yaralı var
18-12-2025, 14:48
Paşinyan: Azərbaycanla sülh Aİİ çərçivəsində də yeni imkanlar açır
1-03-2022, 17:02
MİQ imtahanlarında dəyişiklik edildi


















