Saytımızı qiymətləndirin


 
 

Naxçıvanın Maliyyə Nazirliyində yoxlama aparılır
Tarix: 04-02-2023 | Saat: 11:37
Bölmə:Karusel | çapa göndər

 

Naxçıvanın Maliyyə Nazirliyində yoxlama aparılır

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.

Qarabaginfo.az xəbər verir ki, APA-nın məlumatına görə, yoxlamalar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılır.

Nazirlikdə ötən il dekabr ayının 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər.

Qeyd edək ki, Naxçıvan MR maliyyə naziri Rəfail Əliyev ötən il noyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, Bakıya gətirilib, Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər