Saytımızı qiymətləndirin


 
 

Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu
Tarix: 21-01-2022 | Saat: 18:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu

Rusiyanın Tatarstan Respublikasında nodulyar dermatit, İspaniya Krallığının Kastiliya-Leon muxtar icmasında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rusiyanın Tatarstan Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən, İspaniya Krallığının Kastiliya-Leon muxtar icmasından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidindən Azərbaycan ərazisindən diri quşların tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Tatarstan Respublikasından və İspaniya Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.



Xəbəri paylaş

1280 dəfə oxunub.

Digər xəbərlər