Vardanyanın absurd teatrı: Qarabağdakı hayklara bu 4 ərzaq talonla veriləcək?..-VİDEO
Tarix: 10-01-2023 | Saat: 15:11
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1197 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-01-2023 | Saat: 15:11
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xəbər verdiyimiz kimi, Xankəndindəki qondarma "dövlət naziri", milyarder Ruben Vardanyanın qərarıyla Qarabağdakı hayklara bəzi ərzaqlar talonla veriləcək. Yerni məlumatlara görə, talonlar (kuponlar) yanvarın 17-dən paylanacaq, mağazalarda alışlar isə yanvarın 20-dən mümkün olacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə separatçı-terrorçu rejimin qondarma və qanunsuz "sosial məsələləri komitəsi"nin sədri Armen Manqasaryan danışıb.
"Talonlar iki növ olacaq:
• günəbaxan yağı almaq üçün: adambaşına 1 litr, yaş məhdudiyyəti yoxdur.
• ayda adambaşına 1 kq-dan makaron, düyü, şəkər və qarabaşaq yarması almaq üçün. Yalnız 15 gün ərzində iki dəfə: hər dəfə 0,5 kq veriləcək.
Növbələrin qarşısını almaq üçün kuponlarda məhsulların satışı üçün konkret tarix göstəriləcək. Hər bir şəxs bütün ailənin pasportlarını toplaya və bütün ailə üçün kupon ala bilər".
Zəruri şərh:
Əslində bu, Putinin milyarder "desant"ı R.Vardanyanın absurd teatrıdır. Çünki Laçın yoluyla ərzaq gətirilməsi imkanı var. Yəni Şuşadakı Azərbaycan aksiyaçıları buna şərait yaradır. Eyni zamanda Vardanyan dünənki çıxışında Ermənistana gediş-gəliş üçün digər yolların da olduğunu etiraf edib... Sadəcə, haykların havadarlarına yenə də "əzabkeş erməni xalqı" obrazı yaratmaq gərəkdir...
Xəbəri paylaş
Digər xəbərlər
12-02-2021, 16:55
Bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzi açılacaq
7-01-2023, 12:23
Şəhid pilotun doğum günüdür
22-06-2022, 16:16
Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapdı
6-02-2025, 16:30
Repetitorluq bu qaydada ləğv ediləcək –Nazirdən açıqlama
3-03-2022, 06:53
Rusiya HDQ Olbia limanı yaxınlığındakı gəmiyə raket zərbəsi endirib
18-11-2025, 08:55
Moskvada Sergey Şoyquya qarşı terror cəhdinin qarşısı alınıb
13-07-2023, 16:48
2026-cı ilədək 66 min sakin geri qayıdacaq - Emin Hüseynov-cı ilədək 66 min sakin geri qayıdacaq - Emin Hüseynov
11-12-2021, 07:18
NASA qara dəliklərin sirrini açmaq istəyir
30-01-2021, 13:27
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə komissiya yaradılıb


















