Saytımızı qiymətləndirin


 
 

“Yığılıb qalmış problemlər var…”- Paşinyan Putinlə görüşəcəyini təsdiqlədi
Tarix: 07-05-2024 | Saat: 14:18
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Baş naziri Nikol Paşinyan mayın 8-də Moskvaya uçacağını və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə yığılıb qalmış çoxlu problemlər var.

Rusiya paytaxtında o, həmçinin Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik edəcək.

“Rusiya prezidenti ilə ikitərəfli görüşüm olacaq. Rusiya ilə gündəm çox genişdir. Bilirsiniz ki, bu müddət ərzində çoxlu problemlər yığılıb. Bu problemlərin müzakirəsi Ermənistanla Rusiya arasında dostluq münasibətləri kontekstindən mənfi cəhətlərin aradan qaldırılmasına yönəlib”, – o bildirib.



Xəbəri paylaş

137 dəfə oxunub.

Digər xəbərlər