Saytımızı qiymətləndirin


 
 

Ukrayna müharibəsi: Ruslara daha 720 tabut lazım olacaq
Tarix: 25-06-2023 | Saat: 10:07
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna müharibəsi: Ruslara daha 720 tabut lazım olacaq   

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 720 hərbçisini itirib. 

Qarabaginfo.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 224 630 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 6 tank, 2 zirehli döyüş maşını, 24 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər