Saytımızı qiymətləndirin


 
 

Türkiyədə jurnalistə 12 il 10 aya qədər həbs cəzası istənildi
Tarix: 11-02-2022 | Saat: 22:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyədə jurnalistə 12 il 10 aya qədər həbs cəzası istənildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iki naziri təhqir etməkdə günahlandırılan jurnalist Sedef Kabaşa 12 il 10 ay həbs cəzası istənilib.

Qarabaginfo.az TRT-yə istinadən xəbər verir ki, S.Kabaşın etdiyi çıxışlarla bağlı “prezidenti təhqir etmək” ittihamı ilə başladılan istintaq başa çatıb.

İstintaqın sonunda hazırlanan ittihamnamədə Sedef Kabaşın "Prezidenti açıq təhqir" və daxili işlər naziri Süleyman Soylu ilə nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun ünvanına söylədiyi sözlərə görə "Dövlət məmurunu vəzifəsinə görə təhqir etmək" cinayətlərini törətdiyi bildirilib.

Belə ki, Kabaşın "prezidenti təhqir etməyə” görə 1 il 5 ay 15 gündən 8 il 2 aya, nazirlərlə bağlı isə 2 il 4 aydan 4 il 8 aya qədər, ümumilikdə 3 il 9,5 aydan 12 il 10 aya qədər həbs cəzası istənilib.

Qeyd edək ki, jurnalist Sedef Kabaş bir televiziya proqramında etdiyi çıxışlarla əlaqədar barəsində istintaq başladılmışdı.

Televiziya aparıcısı olan S.Kabaş "Halk TV" və "Tele 1" kanallarında müxtəlif proqramlarda şərhçi kimi çalışır.



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər