Saytımızı qiymətləndirin


 
 

Rusiyada koronavirusa yoluxanların sayı 950 mini ötüb
Tarix: 22-08-2020 | Saat: 12:35
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiyada koronavirusa yoluxanların sayı 950 mini ötüb

Rusiyada son sutka ərzində daha 4921 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Operativ Qərargahına istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 951 897 nəfərə çatıb.

Son sutka ərzində 121 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 310 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.



Xəbəri paylaş

997 dəfə oxunub.

Digər xəbərlər