Saytımızı qiymətləndirin


 
 

ICESCO-nun Baş direktoru İlham Əliyevə təşəkkür etdi
Tarix: 01-05-2024 | Saat: 12:37
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

ICESCO-nun Baş direktoru İlham Əliyevə təşəkkür etdi

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki mədəniyyətlərin yaxınlaşması və sülhün möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu o, mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Onun sözlərinə görə, bu, böyük səy və əmək tələb edir, lakin Azərbaycan öz məqsədlərinə nail ola bilir: “O cümlədən belə genişmiqyaslı forumun təşkili sayəsində”.

 

“Elm və texnologiya sahəsində əldə edilən irəliləyişlərə baxmayaraq, bu gün dünya təhlükəsizlik problemləri ilə mübarizəni davam etdirir. 2023-cü ildə dünyada təhlükəsizlik səviyyəsi xeyli aşağı düşüb. Bu il dünyada 183 regional və beynəlxalq silahlı münaqişə qeydə alınıb. Bu, son 30 ilin ən yüksək səviyyəsidir”, - o vurğulayıb.



Xəbəri paylaş

1377 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 13:23Sabahın havası