Tarix: 01-05-2024 | Saat: 21:02
Bölmə:Karusel / Sosial | çapa göndər
Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi Rəhimov Sənan Təyar oğlu vəzifəsindən azad edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə müvafiq əmr ədliyyə naziri Fərid Əhmədov tərəfindən verilib.
Məlumata görə, idarə rəisinin müavinlərindən biri də işdən çıxarılıb. Onların yerinə hələlik təyinat olmayıb.
Xatırladaq ki, bu ilin fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov ölkənin ədliyyə naziri təyin edilib.
O, təyin edilməsindən bir müddət sonra Nazirlikdə kadr islahatları həyata keçirib. Belə ki, ötən ay nazirin əmri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib. Bu gün isə strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb.
Əldə etdiyimiz məlumata görə, Nazirlikdə daha bir neçə idarə rəisi və müavinlərinə xəbərdarlıq edilib. Qarşıdakı müddətdə digər idarə rəisi və müavinlərinin də işdən azad ediləcəyi və yeni təyinatların olacağı gözlənilir.
Digər xəbərlər