Tarix: 01-05-2024 | Saat: 20:45
Bölmə:Karusel / Siyasət | çapa göndər
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenə deyib ki, o, girov müqaviləsinin bir hissəsi kimi Qəzzada müharibənin dayandırılmasını qəbul etməyəcək.
Qarabaginfo.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail rəsmisi bildirib.
"O, Blinkenə dedi ki, biz razılığa gəlməkdə maraqlıyıq və eyni zamanda, HAMAS-ı devirməkdə qərarlıyıq", rəsmi mənbə deyib.
Baş nazirin Ofisi də yaydığı açıqlamada Netanyahunun HAMAS ilə girov razılaşmasının Rəfaha girməkdən vaz keçməklə heç bir əlaqəsi olmadığını Blinkenin diqqətinə çatdırdığı qeyd olunub: "Rəfah əməliyyatı heç nədən asılı deyil. Baş nazir Netanyahu bunu katib Blinkenə açıqlayıb", - açıqlamada qeyd olunub.
Dövlət Departamentinin sözçüsü Metyu Miller isə görüşə dair bəyanatında vurğulayıb ki, Blinken “ABŞ-ın Rəfahla bağlı dəqiq mövqeyini bir daha təkrarlayıb".
Lakin ABŞ-ın mövqeyinin nədən ibarət olması barədə izah verilməyib.
Qeyd edək ki, Bayden administrasiyası mülki insanları təxliyə etmək üçün etibarlı bir planı olmayan Rəfah əməliyyatına qəti şəkildə qarşı çıxıb, hətta Qəzzanın cənubundakı bu şəhərin işğalını "qırmızı xətt" adlandırıb.
Digər xəbərlər