Saytımızı qiymətləndirin


 
 

Tacikistan vətəndaşları Rusiyadan kütləvi şəkildə deportasiya edilir
Tarix: 01-05-2024 | Saat: 14:43
Bölmə:Karusel / Region | çapa göndər

Dörd gün ərzində təkcə “Vnukovo” hava limanından 643 Tacikistan vətəndaşı deportasiya edilib. Aprelin 26-dan 30-a kimi Tacikistandan Rusiyaya 3101 nəfər uçub.

Qarabaginfo.az xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, daha 117 nəfərin deportasiya edilməsi barədə qərar verilib.

Nazirlikdən verilən məlumata görə, hazırda həmin vətəndaşlar da “Vnukovo” hava limanında müvəqqəti saxlama zonalarında qeyri-insani şəraitdə saxlanılaraq vətənə çatdırılmasını gözləyirlər.

Oxşar vəziyyət “Şeremetyevo”, “Jukovski” və “Domodedovo” hava limanlarında da müşahidə olunur.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər